Bölgələrdən qısa xəbərlər

 

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində “9 Noyabr Azərbaycan Bayrağı Günüdür!” başlığı altında sərgi açılıb. Sərgidə dövlət atributları haqqında Azərbaycan, rus və digər dillərdə nəşr edilmiş kitab, jurnaldövri mətbuat materialları nümayiş olunub.

 

Sumqayıt RMİ Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli uşaq musiqiAbşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəblərinin şagirdləri “Payız əfsanələri – 2021” incəsənət müsabiqəsində uğur əldə ediblər. Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Səid Vəlizadə, Aysu Məmmədzadə 2-ci yeri, İnci Vəlizadə 3-cü yeri, Nəzrin Rüstəmova, Ayla Pənahova, Əli Cəlilzadə isə laureat adını qazanıb. Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin şagirdləri saz ixtisası üzrə Murad Əmirli II, fortepiano üzrə Elnur Quliyev III yerlərə, Duyğu Bəşirli, Aysu Xudiyeva isə laureat adına layiq görülüblər.

 

Şəki RMİ Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası, Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin dəstəyi ilə Bakıda keçirilən “Payız əfsanələri – 2021” incəsənət müsabiqəsində iştirak ediblər. Məktəbin fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Şəmsiyyə Əskərli, 4-cü sinif şagirdi Sona Həsənli və 5-ci sinif şagirdi Nübar Əbdürəhmanova öz yaş qrupları üzrə müsabiqənin laureatı adını qazanıblar. Tar ixtisası üzrə 4-cü sinif şagirdi İlkin Lətifov üçüncü yerə, 6-cı sinif şagirdi Cəmilə Yunusova və 7-ci sinif şagirdi Günel Nəsibli isə müsabiqənin diplomlarına layiq görülüblər.

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin rolu” başlığı altında tədbir keçirilib. Tədbirdə rayonun Xırmandalı kənd tam orta məktəbinin şagirdləri tərəfindən Nizaminin müdrik kəlamları və qəzəllərindən nümunələr səsləndirilib.

 

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzində “Şanlı Qələbəmiz” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Ayla Fərəcova I, Leyla İbrahimli II, Ramin Xudaverdiyev isə III yerə layiq görülüblər.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.4.