“Səhnədən səngərə”

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon müəllimi işləmiş Vətən müharibəsi şəhidi Alim İbrahimova həsr olunmuş “Səhnədən səngərə” adlı anım mərasimi keçirilib.

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov və şəhidin ailə üzvləri iştirak ediblər. Mərasimdə Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl tərəfindən hazırlanan Alim İbrahimovun portreti şəhidin ailəsinə təqdim edilib.

 

Daha sonra Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Səhnədən səngərə” adlı layihə çərçivəsində hazırlanan Alim İbrahimova həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sonda regional idarənin dəvəti ilə Ağdaşda səfərdə olan Gəncə Dövlət Dram Teatrının təqdimatında “Şuşa, sən azadsan!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.4.