Gənc vokalçılar üçün ustad dərsi

 

Kameraorqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc vokalçılar üçün ustad dərsi keçirilib.

 

Xalq artisti, Manhaym Dövlət Opera Teatrının (Almaniya) aparıcı solisti Əvəz Abdullayev (bariton) və Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, La Skala Akademiyasının (İtaliya) məzunu Azər Rzazadə (tenor) gənc vokalçılarla öz təcrübələrini bölüşüb.

 

Ustad dərsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbin XI sinif şagirdləri Nərmin Həsənli və Aydan Səfərli, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının X və XI sinif şagirdləri Ceyla Mövsümzadə və Məhəmməd Şəmmədov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində olan orta ixtisas musiqi məktəb-studiyasının X sinif şagirdi Teymur Kazımov iştirak ediblər.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.5.