Ankarada beynəlxalq festivalın açılışında “Şuşakonserti

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ildönümü qardaş Türkiyədə də müxtəlif tədbirlərlə qeyd olunur.

 

Türkiyədə nüfuzlu musiqi layihələrindən olan “Beynəlxalq Şəfiqə Kutluer Festivalı”nın açılış konserti 44 günlük müharibədə Qələbəmizə həsr edilib. Noyabrın 2-də Ankarada, Prezident Simfonik Orkestri (CSO) zalında keçirilən “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı konsertdə korifey bəstəkarlarımızın əsərləri və xalq mahnıları səslənib.

 

Tanınmış fleytaçı, UNİCEF-in xoşməramlı səfiri Şəfiqə Kutluer tərəfindən əsası qoyulan beynəlxalq musiqi festivalı 12 ildir təşkil edilir. Ötən il festival çərçivəsində Qarabağ şəhid uşaqlarının xatirəsinə həsr edilən konsert keçirilmişdi.

 

Budəfəki konsertdə Azərbaycanın Əməkdar artisti, Şuşada doğulmuşdoqquz yaşında doğma şəhəri tərk etməyə məcbur olmuş, hazırda Münxen Simfonik Orkestrinin baş dirijoru olan Fuad İbrahimovun rəhbərliyi ilə “Şuşasimli alətlər ansamblı çıxış edib. Konsertin solisti Şəfiqə Kutluer (fleyta) olub.

 

Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun ölməz əsərləri, Azərbaycan və türk xalq mahnıları tamaşaçılarda zəngin təəssürat yaradıb. Həmvətənimiz Anar İbrahimovun bəstələdiyi “Mənim ürəyim Şuşa” adlı əsər isə xüsusi rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, “Beynəlxalq Şəfiqə Kutluer Festivalı”nın açılış konserti Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, TİKA (Türk İşbirliğiKoordinasiya Agentliyi) və digər qurumların dəstəyi ilə keçirilib.

 

Gecədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar və görkəmli musiqiçi Şəfiqə Kutluer Azərbaycanın Zəfər bayramı və konsertlə bağlı fikirlərini tamaşaçılarla bölüşüblər.

 

12-ci “Beynəlxalq Şəfiqə Kutluer Festivalı” dekabrın 1-dək müxtəlif ölkələrdən ifaçıların konsert proqramları ilə davam edəcək.

 

Mədəniyyət.- 2021.- 5 noyabr.- S.8.