Lənkəran UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində

 

 

Azərbaycanın zəngin mətbəxi və ləziz yeməkləri ilə tanınan Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib.

 

Bununla bağlı UNESCO-ya təqdim edilən namizədlik sənədi Xarici İşlər Nazirliyi, UNESCO üzrə Milli Komissiya və Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyinin dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb.

 

UNESCO-nun 2004-cü ildə təsis olunan Yaradıcı Şəhərlər Şəbəkəsi inkişafını yaradıcılıq – musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

 

2021-ci il Dünya Şəhərlər Günü (31 oktyabr) münasibətilə siyahıya 49 şəhər daxil edilib. Hazırda siyahıda 90 ölkənin 295 şəhəri yer alıb.

 

Qeyd edək ki, Lənkəran Azərbaycanın Yaradıcı Şəhərlər Şəbəkəsinə salınan 3-cü şəhəridir. Bundan öncə siyahıya Şəki (2017, “sənət və sənətkarlıq” tematikası) və Bakı (2019, “dizayn” tematikası) daxil edilib.

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın UNESCO şəbəkəsinə daxil edilməsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən aparılır.

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.1.