Qala-şəhərin azad olunması haqqında daha bir film

 

Beynəlxalq Muğam Mərkəzində “SOCAR Media”nın dəstəyi ilə hazırlanmışŞuşasənədli filminin təqdimatı keçirilib.

 

Filmdə Qarabağın qəlbi, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq göstərmiş qazilərin bu bənzərsiz hərbi əməliyyat haqqında xatirə təəssüratları yer alıb. Çəkilişlər hərbi əməliyyatların getdiyi ərazilərdəŞuşa ətrafındakı meşələrdə, qayalıqlarda şəhərin daxilində aparılıb. Şuşanı azad edən qəhrəmanlar keçdikləri şanlı döyüş yolunu yenidən canlandırır həmin həyəcan dolu anları bir daha yada salır, yaşadıqları duyğu düşüncələri dilə gətirirlər.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişində Şuşa haqqında söylədiyi fikirlər filmin leytmotivini təşkil edir. Ekran işində həmçinin 1992-ci ildə Şuşanın Ermənistan tərəfindən işğalının qısa xronikası da təqdim olunur. Düşmənin ona havadarlıq edən qüvvələrin məkrli planları ifşa olunur, eləcə həmin dövrdə Azərbaycandakı siyasi xaos işğalın əsas səbəblərindən biri kimi göstərilir.

 

Şuşasənədli filmi “SOCAR Media”nın sifarişi ilə “QULP STUDİO” tərəfindən hazırlanıb. Filmin müəllifi Əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri İntiqam Cəfərovdur.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2021.- 12 noyabr.- S.3.