Bölgələrdən qısa xəbərlər

 

Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Masallı rayon Mərkəzi Kitabxanasında və Tarix-Diyarşünaslıq Muzeyində də 12 NoyabrKonstitusiya Günü münasibətilə tədbirlər keçirilib. Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev konstitusiyamız və milli ideologiyamızın banisidir” adlı tədbir təşkil olunub.

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Küsnətqazma kənd kitabxana filialı tərəfindən Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib.

 

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzi və MKS-nin birgə təşkilatçılığı ilə “Qanunun aliliyi” adlı tədbir keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında “Hüquqi, dünyəvi dövlət quruculuğuna gedən yol” başlığı altında konfrans, Tovuz rayon Heydər Əliyev Mərkəzi və MKS-nin təşkilatçılığı ilə “Dövlətin ən ali hüquqi qüvvəyə malik qanunumövzusunda tədbir təşkil edilib.

 

İsmayıllı rayon Diyallı kəndindən olan Vətən müharibəsi şəhidi Orxan Lətiflinin anım günündə kənddə xatirə abidə-kompleksin açılış mərasimi olub. Mərasimdə İsmayıllı RİH-nin başçısı Nahid Bağırov, RMİ-nin rəisi Elçin Nəcəfov, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri iştirak ediblər.

 

Şəki RMİ Qax rayon Heydər Əliyev Mərkəzində “Hərbi qənimətlər parkı” adlı sənədli filmi nümayiş olunub. Şəki RMİ Qax rayon Əmbərçay kənd kitabxanası və klubun birgə təşkilatçılığı ilə “Hüquqlarım və vəzifələrim” adlı tədbir keçirilib. Balakən rayon Qaysa kənd Folklor evində “Qanunlarımızı öyrənək” başlığı altında tədbir təşkil olunub.

 

Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə əlamətdar günə həsr edilmiş sərgi təşkil olunub. İdarənin rəisi Fərid Qurbanzadə, Mədəniyyət Mərkəzi və kitabxananın əməkdaşlarının iştirak etdiyi sərgidə kitablar, fotolar və mərkəzin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.

 

Şəmkir RMİ-nin Göygöl rayonu üzrə nümayəndəliyi tərəfindən təşkil olunan tədbirdə çıxışlardan sonra Konstitusiya Gününə həsr edilən videoçarx nümayiş etdirilib.

 

Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Rəqs Assosiasiyası tərəfindən “Qarabağ kuboku” üzrə rəqs yarışması keçirilib. Yarışda Ağdam rayon Mədəniyyət Mərkəzinin “Turacı” rəqs qrupu və respublikanın digər rayonlarının rəqs qrupları iştirak ediblər. “Turacı”nın şagirdləri yarışın əsas mükafatı olanQarabağ kubokuna layiq görülüblər.

 

Sumqayıt RMİ Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbi Fortepiano şöbəsinin 4-cü sinif şagirdi Aynaxanım Ağazadə Bakıda keçirilən “Payız əfsanələri – 2021” incəsənət müsabiqəsində 1-ci, ikinci sinif şagirdi Aylin Talıbova isə II yerə layiq görülüb.

 

Bərdə RMİ Tərtər rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Yuxarı Qapanlı kənd Mədəniyyət evi Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.

 

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Azərbaycan ədəbiyyatının folklor inciləri” başlığı altında sərgi təşkil edib. Samux rayon Heydər Əliyev Mərkəzində Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Fatimə Abdulsəlimovanın “Vətənim mənim” adlı rəsm sərgisi keçirilib. Gəncə RMİ-nin rəisi Vasif Cənnətov sərgidə iştirak edərək gənc rəssama yaradıcılıq uğurları arzulayıb.

 

Hazırladı: N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 17 noyabr.- S.3.