Milli Dirçəliş Günü münasibətilə

 

Ağstafa Regional Mədəniyyət İdarəsi (RMİ) Ağstafa rayon Heydər Əliyev Mərkəzində, idarərinin tabe müəssisələrində 17 NoyabrMilli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə qeyd olunub ki, 1988-ci il noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etiraz olaraq Bakıda fasiləsiz mitinqlər başlayıb. Mitinqlər ölkədə xalq hərəkatına təkan verib. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib. Əlamətdat gün ilə bağlı Tovuz Dövlət Rəsm Qalereyasında və Qazax Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət sərgilər təşkil olunub.

 

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində keçirilən tədbirdə Qarabağ qaziləri Saleh Cabbarov, Rahil Əhmədzadə və başqaları çıxış ediblər. Polkovnik-leytenant Ramil Məmmədov tərəfindən muzeyə hədiyyə edilən bayrağımız təqdim olunub.

 

Sabirabad RMİ-nin tabeliyindəki Saatlı rayon Dövlət Rəsm Qalereyasında əlamətdar günə həsr olunmuş tədbir, həmçinin Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən şəhər 16 saylı tam orta məktəbdə səyyar sərgi təşkil edilib.

 

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbdə, Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində, Gəncə RMİ Samux rayon Seyidlər kənd kitabxana filialında, Xaçmaz RMİ Quba rayon MKS-nin Alekseyevka, Talabıqışlaq, Qəçrəş və Alıc kənd kitabxana filiallarında da Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.

 

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.4.