Mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər

 

İsmayıllı RMİ Qəbələ rayon Mədəniyyət Mərkəzinin İsmayıl bəy Qutqaşınlı adına Xalq teatrının səhnəsində Nargilə Rəhmanın müəllifi olduğu, Nihat Cəlilzadənin səhnələşdirdiyi “Qələbə” adlı tamaşa nümayiş olunub. Tamaşanı İsmayıllı RMİ-nin rəisi Elçin Nəcəfov və rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.

 

Sumqayıt RMİ-nin Xızı rayon nümayəndəliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının əməkdaşları Vətən müharibəsi şəhidi Vidadi Allahverdiyevin ailəsini ziyarət ediblər.

 

Gəncə RMİ Gəncə şəhər MKS-nin 13 saylı kitabxana filialı Gəncə Dövlət Regional Humanitar Kolleci tələbələrinin iştirakı ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Qüdrətli şair, ustad sənətkar” başlıqlı tədbir keçirib. Xocalı rayon Yaloba kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə kənd Tarix-Diyarşünaslıq Muzeyində “Milli dəyərlərimizi qoruyaqmövzusunda sərgi təşkil edilib. Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun Əhmədbəyli kənd tam orta məktəbində şagirdlərlə “44 günlük savaş – Zəfər tariximizmövzusunda görüş keçirib.

 

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq MuzeyiDini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda tədbir keçirilib. Masallı şəhər onbirillik İncəsənət məktəbində şagirdlər arasında “Qarabağa qayıdış” devizi altında intellektual yarış təşkil edilib. Qaliblərə regional idarə tərəfindən diplompul mükafatları təqdim edilib.

 

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Tolerantlıq Günü (16 noyabr) münasibətilə “Tolerantlıq Azərbaycan xalqının ruhundadır” başlıqlı tədbir təşkil edilib. Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası, rayon Mədəniyyət Mərkəzi, Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS də əlamətdar günlə bağlı tədbirlər keçiriblər. Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvləri Eşqin Quliyev, Ema Carçılı və Könül Xasməmmədova Xətai Sənət Mərkəzində keçirilən “Mənim düşüncəm – 2021” adlı respublika uşaq yaradıcılıq müsabiqəsində diploma layiq görülüblər.

 

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Layihələrin idarə olunması” adlı təlim keçirilib. Təlim zamanı müxtəlif qrant müsabiqələrinin qalibi Rəşad Qurbanov layihələrin strukturu, icra mərhələləri, layihə təkliflərinin daha effektiv hazırlanması haqqında tövsiyələrini gənclərlə bölüşüb.

 

Ağdaş RMİ Ağdaş rayon Mədəniyyət Mərkəzinin “Kəndirbazlar” folklor kollektivi noyabın 15-də Qobustan qoruğunda keçirilən “Yurdda bayram” tərəkəmə festivalında iştirak edib. Kollektivin çıxışı festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Ağcabədi RMİ Ağdam rayon Heydər Əliyev Mərkəzi və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Azad Qarabağın qəhrəman şəhid və qaziləri” adlı tədbir keçirilib.

 

Hazırladı: N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 19 noyabr.- S.4.