“Çeşmə” folklor qrupu Konyada aşıqlar bayramında

 

 

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu noyabrın 18-19-da Türkiyənin Konya şəhərində keçirilən “55-ci Konya Aşıqlar Bayramı”nda iştirak edib.

 

Karatay Bələdiyyəsinin ev sahibliyi və bələdiyyə başqanı Hasan Kılcanın bilavasitə təşkilatçılığı, ozan-aşıq Ahmed Yıldırımın rəhbərliyi ilə keçirilən və sayca 55-ci olan tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan, İran və İraqı təmsil edən 35 aşıq iştirak edib. 

 

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və gənc aşıqlar Roman Azaflı, Əfsanə Kərimli, Rəqsanə Məmiyeva, Gülbəyaz Dadaşova və Nəzrin Məlikovanın çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Təşkilatçılar tərəfindən kollektivə xatirə hədiyyəsi təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.8.