Vətən fədailəri unudulmur

 

 

 

Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Xılxına kəndində 44 günlük Vətən müharibəsi şəhidlərinin abidə-kompleksinin açılışında iştirak ediblər.

 

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın əməkdaşları Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin ailəsi ilə görüş təşkil ediblər.

 

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov və idarənin əməkdaşları Vətən müharibəsi şəhidləri Əli Qənbərov, Əmrah HüseynliNamiq Paşayevin ailələrini ziyarət ediblər.

 

Sumqayıt RMİ Xızı rayon nümayəndəliyinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elməddin Cəfərovun ailəsinə baş çəkiblər.

 

Kürdəmir RMİ-nin işçiləri rayonun İsmayıllı kəndində II Qarabağ müharibəsi şəhidi İlqar Əhmədovun anım tədbirində iştirak ediblər.

 

Biləsuvar RMİ-nin təşkilatçılığı ilə Salyan rayon Mərkəzi Kitabxanasında şəhid ailələri və qazilərlə görüş keçirilib.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.4.