Mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər

 

 

 

Şəki RMİ Zaqatala rayon Mədəniyyət Mərkəzində 20 noyabrDünya Uşaq Hüquqları Gününə həsr olunmuşDünya bizim evimizdirmövzusunda səhnəcik təqdim edilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Aşıq Ələsgərin 200 illiyinə həsr olunan uşaq və gənclər arasında saz ifaçılarının “Sazım mənim – sözüm mənim” adlı regional müsabiqəsinin yekun konserti keçirilib. İdarə rəisi Rəşad Əliyev iki yaş qrupu üzrə gerçəkləşən müsabiqədə qalib olan iştirakçılara diplomlar təqdim edib. Mədəniyyət Mərkəzində, həmçinin “Narbalakukla teatrının hazırladığı “Zəfər yolu” tamaşası nümayiş olunub.

 

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında “Çiçəklənən Azərbaycan” mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi təşkil edilib. RMİ-nin əhatə etdiyi Qəbələ rayon MKS-nin TüntülZarağan kənd kitabxana filiallarında “Nizami Gəncəvi İli”nə həsr olunmuş sərgilər təşkil edilib.

 

Gəncə RMİ Gəncə şəhər Uşaq incəsənət məktəbində görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib. Məktəbin fortepiano şöbəsinin şagirdləri Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. RMİ-nin əhatə etdiyi Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub.

 

Bərdə RMİ Tərtər rayon Heydər Əliyev Mərkəzində Ağdamın işğaldan azad edilməsinin (20 noyabr) birinci ildönümü ilə bağlı “Həsrətdən gerçəyə” adlı tədbir keçirilib. Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzi və filiallarında da Ağdamın işğaldan qurtuluşunun ildönümü münasibətilə tədbirlər təşkil olunub.

 

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında “Nizami Gəncəvi – Şərqin böyük dühası” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın əməkdaşları tərəfindən dahi şairin “Kərpickəsən kişinin dastanı” əsəri əsasında səhnəcik təqdim edilib.

 

Şəmkir RMİ Göygöl rayon Xaqani kənd Uşaq musiqi məktəbində Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə məktəbin müəllim və şagirdlərinin ifasında Aşıq Ələsgərin sözlərinə yazılmış mahnılar səsləndirilib. RMİ-nin əhatə etdiyi Gədəbəy rayon Slavyanka kənd Uşaq musiqi məktəbində Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir təşkil olunub.

 

Nizaminin əsərlərinə yazılmış musiqilərin müşayiəti ilə kompozisiyalar təqdim edilib.

 

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin (21 noyabr 1992-ci il) 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Ağstafa və Gəncə RMİ-nin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində, Şəki RMİ Balakən rayon Heydər Əliyev Mərkəzi, Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzi, Masallı RMİ Masallı rayon Heydər Əliyev MərkəziXaçmaz RMİ Siyəzən rayon Mədəniyyət Mərkəzində də YAP-ın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbirlər təşkil edilib.

 

Ağstafa RMİ Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən dərnək üzvlərinin əl işlərindən ibarət “Uşaqları qorumaq hər kəsin borcudur” adlı rəsm sərgisi təşkil olunub. Regional idarənin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində də əlamətdar günlə bağlı tədbirlər keçirilib.

 

Mədəniyyət.- 2021.- 24 noyabr.- S.4.