Animafilm”in filmləri Şəkidə nümayiş olunub 

 

Xəbər verdiyimiz kimi, 3-7 sentyabr tarixində Bakıda IV “AnimafilmBeynəlxalq Animasiya Festivalı keçirilmiş, 40 ölkədən 200-ə yaxın cizgi filmi təqdim edilmişdi.

Mədəniyyət Nazirliyi Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə festivalın proqramına daxil olan filmlərin bir qisminin noyabrın 23-dən 25-dək Şəkidəki “ASAN XidmətMərkəzində nümayişi təşkil olunub.

Bu barədə məlumat verənAnimafilm”in direktoru Rəşid Ağamalıyev bildirib ki, üç gün ərzində Şəkidə uşaqlar böyüklər üçün ən maraqlı yerli xarici cizgi filmləri nümayiş etdirilib. Peri film” tərəfindən təşkil edilən seanslara giriş pulsuz (öncədən qeydiyyatla) olub. Eyni zamanda uşaqlar üçünŞaxta Babanı kağızdan düzəldinmövzusunda ustad dərsi keçilib.

 

LALƏ

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.7.