İçərişəhər və Lahor qala-şəhəri arasında əməkdaşlıq protokolu imzalanıb

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Pakistanın Lahor qədim qala-şəhəri Administrasiyası əməkdaşlıq edəcək. Bununla bağlı müvafiq protokol noyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərovun Pakistan İslam Respublikasına işgüzar səfəri çərçivəsində imzalanıb. Protokolu Əsgər Ələkbərov və Lahor qala-şəhəri Administrasiyasının direktoru Kamran Laşari imzalayıblar.

Sənəddə incəsənət, mədəniyyət, turizm, elmtarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlığı sürətləndirmək və digər məsələlər öz əksini tapıb.

İmzalanma mərasimindən sonra tərəflər işgüzar görüş keçirib. Görüşdə İçərişəhər və Lahor Qala şəhərləri arasında əməkdaşlıq imkanları və gələcək planlar müzakirə edilib.

Mədəniyyət.- 2021.- 26 noyabr.- S.3.