Hilal BaydarovunDurna çırağı”nın dünya premyerası Tokioda olacaq

 

30 oktyabr – 8 noyabr tarixlərində keçiriləcək Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə bölümündə azərbaycanlı rejissor Hilal BaydarovunDurna çırağı” bədii filminin dünya premyerası olacaq.

 

Bu barədə festival təşkilatçılarının mətbuat konfransında məlumat verilib. Azərbaycan filmi festivalın əsas mükafatı olanTokyo Grand Prixuğrunda müsabiqəyə qatılacaq. Bildirilib ki, festivalın müsabiqə hissəsinə daxil edilən 15 filmdən 10-nu ilk dəfə nümayiş olunacaq. Bu filmlər 113 ölkədən 1533 film arasından seçilib.

 

Festivalın münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.

 

Ssenari müəllifi Hilal Baydarov olanDurna çırağı” filmində Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

 

H.Baydarov kino dərslərini macar rejissor Bela Tarrdan alıb. Onun debüt filmi – “Adsız yüksəkliklər”in premyerası 2018-ci ildə Monreal kinofestivalında baş tutub. Azərbaycanlı rejissor həmin il Sarayevo kinofestivalında “Ad günüfilmi ilə iştirak edərəkDocu Talent” mükafatına layiq görülüb.

 

2020-ci ildə Hilal BaydarovunSəpələnmiş ölümlər arasındafilmi Avropanın üç ən nüfuzlu kino müsabiqəsindən biri olan Venesiya Beynəlxalq Film Festivalında nümayiş olunub. RejissorunXurmalar yetişən vaxtfilmi bir sıra festivallarda uğur qazanıb, 2019-cu ildə 25-ci Sarayevo Film FestivalındaƏn yaxşı sənədli film” nominasiyasında qalib olub.

 

Qeyd edək ki, “Durna çırağıTokio Beynəlxalq Film Festivalında təqdim edilən ikinci Azərbaycan filmi olacaq. Bundan əvvəl, 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edənNabatfilmi həmin festivalın iştirakçısı olub.

 

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.1;8.