Kitablarımız Moskva yarmarkasında maraq doğurub

 

Xəbər verdiyimiz kimi, ölkəmiz 24-27 sentyabr 2021-ci il tarixində Rusiya paytaxtındakı Ekspo Mərkəzində keçirilən 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkasında təmsil olunub. Tədbirdə Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov Kamran Musayev iştirak ediblər.

 

Yarmarkada Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, tarixi ilə bağlı Milli Kitabxananın hədiyyə fondunda saxlanılan ölkənin qabaqcıl nəşriyyatlarından əldə olunan Azərbaycan, rus ingilis dillərində 200 adda kitablar sərgilənib.

 

Azərbaycan stendinin ziyarətçilərinə tariximiz, Qarabağ həqiqətləri, Vətən müharibəsində şanlı Qələbəmiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilib bəzi kitablar hədiyyə edilib. Eyni zamanda ziyarətçilərə 2021-ci ilin ölkəmizdəNizami Gəncəvi İlielan edilməsi haqqında məlumat verilib. Gənc oxucular yarmarkada Nizami haqqında nəşrlərə böyük maraq göstəriblər.

 

Rusiya Milli Kitabxanasının, Elmlər Akademiyasının bəzi institutlarının, bir sıra ali təhsil müəssisələrinin digər dövlət qurumlarının nümayəndələri Azərbaycan stendində sərgilənən kitablarla yaxından tanış olublar.

 

Xalq yazıçısı Anar Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin nümayəndəsi Nigar Axundova stendimizi ziyarət ediblər.

 

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.2.