ATMU-da Yunus Əmrə İnstitutunun Bakı nümayəndəsi ilə görüş

 

 

Azərbaycan TurizmMenecment Universitetində (ATMU) Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıçla görüş keçirilib.

 

ATMU-dan bildirilib ki, görüşdə rektor İlham Mədətov təhsil ocağının inkişaf strategiyası, beynəlxalq əlaqələri və turizm istiqamətli təşkilatlarla əməkdaşlıq münasibətləri barədə qonağa məlumat verib. Rektor ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib.

 

Görüşdə ATMU və Türkiyənin təhsil və turizm sahəsində uyğun təşkilatlarla əlaqələrinin daha da gücləndirilməsi nəzərdən keçirilib. Hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və mövcud problemlərə münasibət bildirilib.

 

Türkiyənin Yunus Əmrə Vəqfinə bağlı qurum olaraq 2009-cu ildə fəaliyyətə başlayan Yunus Əmrə İnstitutunun müxtəlif ölkələrdə 60-a yaxın nümayəndəliyi – mədəniyyət mərkəzi var. Bakıdakı nümayəndəlik Türkiyənin Azərbaycandakı Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.3.