Kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

 

 

Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 1 oktyabr 2021-ci il tarixdən ölkəmizdə teatr, kinoteatrkonsert müəssisələrinin fəaliyyəti bərpa olunacaq.

 

Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sentyabrın 28-də kino nümayişi müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

 

Görüşdə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva, “CinemaPluskinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, baş icraçı direktor Murat Camcı, “Park Cinemakinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyevmarketinq direktoru Musa Axundov iştirak edib.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqlarına əsasən Mədəniyyət Nazirliyində aparılan islahatlar barədə məlumat verən Elnur Əliyev kinematoqrafiya sahəsinə də xüsusi diqqət ayrıldığını, bu baxımdan kino nümayişinin prioritet sahələrdən olduğunu vurğulayıb.

 

Görüşdə kino nümayişi qurumlarının rəhbərləri mövcud vəziyyət və gələcək planlar haqqında ətraflı məlumat veriblər. 2020-ci ilin martından fəaliyyətini dayandıran kinoteatrlarda pandemiyanın mənfi təsiri, problemlər və perspektivlər müzakirə olunub, müəssisələrin ölkədə tətbiq olunan karantin rejimi qaydalarına əməl etməklə əhaliyə yüksək səviyyədə xidmət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Sonda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev nazirliyin bu istiqamətdə kino nümayişi müəssisələrinə dəstək olacağını və birgə əməkdaşlığın inkişafı ilə bağlı lazımi tədbirlər görəcəyini bildirib.

 

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.3.