Biz tarixi yaşadırıq”

   

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi münasibətilə “Biz tarixi yaşadırıq” mövzusunda konfrans keçirilib.

 

Muzeyin direktoru Pakizə Mehdiyeva çıxış edərək müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, muzey 1981-ci ildə sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə açılıb.

 

Regional idarənin rəisi Vüsal Hüseynov muzeyin kollektivini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb. Muzeyin yaradıcılarından olan tarixçi Vilayət Əsgərov çıxışında ilk illərdə ekspozisiyanın və fondun formalaşması haqqında söz açıb.

 

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış şairə, ədəbiyyatşünas Firuzə Məmmədli muzeyin fəaliyyətini yüksək qiymətləndirib, kollektivə öz kitablarını hədiyyə edib.

 

Daha sonra muzeyin fəaliyyətinə həsr olunanBiz tarixi yaşadırıq” adlı videoçarx nümayiş etdirilib.

 

Muzeyin kollektivinə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyəsi təqdim olunub. Sonda konsert proqramı təqdim edilib.

 

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.4.