Mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Dövlət Rəsm Qalereyasında “Nizami Gəncəvi - 880” adlı sərgi təşkil edilib. Sərgidə qalereyanın fondunda saxlanılan dahi şairin portretləri ilə yanaşı, həvəskar rəssamların əl işləri və dekorativ sənət nümunələri də nümayiş olunub.

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Uşaq musiqi məktəbləri üzrə 2020/2021-ci tədris ilini bitirərək orta ixtisasali məktəblərin musiqi ixtisasına qəbul olunan məzunlarla görüş keçirilib. Görüşdə regional idarənin rəisi Fərid Qurbanzadə çıxış edərək məzunlara yeni nailiyyətlər diləyib. Saatlı şəhər Bülbül adına Uşaq musiqi məktəbi binasının təmirdən sonra açılışı olub. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək yeni tədris ilində məktəbin müəllim və şagird heyətinə uğurlar arzulayıblar. Daha sonra qonaqlar məktəbdə yaradılan şəraitlə, həmçinin tədris prosesi ilə tanış olublar. Şagirdlərin ifasında müxtəlif musiqi nümunələri səsləndirilib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Heydər Əliyev Mərkəzində görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifə (1717-1797) həsr olunmuş tədbir keçirilib. Şəki MKS-nin əməkdaşları və şəhər 10 saylı tam orta məktəbin müəllimlərinin də iştirak etdiyi tədbirin bədii hissəsində şairin şeirləri, C.Cahangirovun şairinDurnalar” şeirinə bəstələdiyi mahnı səsləndirilib. Şəki Dövlət Dram Teatrının gənc aktyorlarının hazırladığı S.VurğununVaqif” mənzum pyesindən səhnəcik təqdim olunub. Sonda Vaqifin yaradıcılığı və xalqımızın düşmən işğalından azad olunmuş Şuşaya qayıdışını əks etdirən film nümayiş etdirilib.

 

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qax rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyi münasibətilə “nağıl saatı” keçirilib. Dahi mütəfəkkirin “Xeyir və Şər”, “Şah və xidmətçi”, “Hind gözəlinin hekayəti”, “Türküstan gözəlinin hekayəti” rəvayətləri təqdim edilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qazax, AğstafaTovuz rayonlarında fəaliyyət göstərən Uşaq musiqi məktəblərini cari ildə bitirmiş və ölkənin müxtəlif aliorta ixtisas təhsili müəssisələrinə musiqi ixtisasları üzrə qəbul olmuş məzunları ilə görüş keçirilib. İdarənin rəisi Elbəy Əli məzunları təbrik edib, tələbəlik həyatında onlara müvəffəqiyyətlər diləyib. Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxananın əməkdaşları fiziki qüsurlu və sağlamlıq imkanları məhdud insanların informasiya tələbatının ödənilməsi, asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar “Taleyinə acı qismət yazılmışlara qayğı borcumuzdur” adlı səyyar kitabxana xidməti göstəriblər.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı olub. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, kitabın redaktoruön söz müəllifi Rəşad Məcid və başqaları çıxış ediblər. Tariximizin bu şanlı səhifəsinin təbliğində yeni nəşrin əhəmiyyəti vurğulanıb.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mədəniyyət Mərkəzində rayon ərazisində çıxan müalicəvi əhəmiyyətli “İstisumineral suyu haqqında lentə alınmış eyniadlı sənədli filmin təqdimat mərasimi keçirilib. Masal production” və “Nur” videostudiyasının birgə əməkdaşlığı ilə ərsəyə gətirilən ekran işində mineral suyun kimyəvi tərkibi ilə bağlı aparılmış elmi tədqiqatların tarixindən və sahə üzrə araşdırmalara rəhbərlik etmiş alimlərin xidmətlərindən və s. bəhs olunur. Filmin ideyassenari müəllifi “Masal productionun rəhbəri Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, dron operatoru isə Vadim Mirzəyevdir.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə şəhər MKS-də fəaliyyət göstərən “Amerika guşəsi”ndə ingilis dili dərsləri üzrə imtahanların keçirilməsi üçün Gəncəyə gələn səfirliyin nümayəndələri Geoff Anisman, Agne KaufmanAydan Əsgərova ilə görüşüb. Samux rayon Mədəniyyət Mərkəzində Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə bağlı məktəblilər arasında rəsm müsabiqəsi keçirilib. Münsiflərin qərarına əsasən, Mətanət Hüseynova I, Fatimə Abdulsəlimova II, Aysu Yolçuyeva III yerlərə layiq görülüblər.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı idarənin əhatə etdiyi Füzuli şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin və Xocavənd rayon Tuğ kənd musiqi məktəbinin fəaliyyəti ilə tanış olub.

 

Mədəniyyət.- 2021.- 1 oktyabr.- S.4.