Vətən müharibəsinin şəhid və şahidləri

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Rusif Quliyevin ailəsi və qazi Kamil İbrahimovla görüş təşkil edilib. Qazax Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin əl işlərindən ibarət “Şəhidlər və şahidlər” adlı rəsm sərgisi keçirilib.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbənin ilk addımları” mövzusunda tədbir keçirilib. Masallı Dövlət Rəsm Qalereyası və R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi isə “Qələbəyə gedən yol” adlı tədbir təşkil ediblər. Qonaqlar qalereyada yerli rəssamların müharibə mövzusunda əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Masallı rayon Mərkəzi Kitabxanası da İkinci Qarabağ müharibəsi mövzusunda tədbir təşkil edib. Yardımlı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında “Dəmir yumruqfilmi nümayiş olunub. Cəlilabad rayon Privolnoye kənd kitabxana filialı və kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Suqovuşan qəsəbəsinin azad olunmasının ildönümü münasibətilə “Azad yurdum” adlı tədbir keçirilib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyində Cəbrayıl rayonunun işğaldan azad edilməsinin ildönümü (4 oktyabr) ilə əlaqədar “27 illik həsrətə sonmövzusunda dəyirmi masa təşkil olunub.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və idarənin bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi Ziyadxan Əliyevin məzarını ziyarət ediblər. Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin ildönümü münasibətilə “Zəfər yolu” adlı tədbir keçirilib. Tədbirdə eyniadlı videoçarx nümayiş olunub.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Zəfər yürüşü” adlı ədəbi-bədii kompozisiya keçirilib. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, regional idarənin rəisi Vüsal Hüseynov, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Xaçmaz Xalq teatrının aktyoru Elçin İbrahimovun və məktəblilərin ifasında vətənpərvərlik ruhlu şeirlər səsləndirilib. Xaçmaz Mədəniyyət Mərkəzi “Xəzər” instrumental ansamblının bədii rəhbəri Xanlar Baxışov və mərkəzin bədii rəhbəri Vüqar Nəsrullazadə “Sarı gəlin” xalq mahnısını, Xaçmaz şəhər Uşaq musiqi məktəbinin müəllimi Babək Əlisultanov “Xudayar təsnifi”ni, Saleh Novruzov isə “Qarabağ şikəstəsi”ni ifa edib.

 

Quba rayon MKS-nin Qorxmazoba kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi iştirakçısı Elşad Əkbərovla görüşüb. MKS-nin Qəçrəş kənd kitabxanası Suqovuşanın azad edilməsinin ildönümü ilə əlaqədar tədbir keçirib.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri İlham Məmmədov, Orxan AbdullayevMürşüd Quliyevlə görüş keçirilib.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon MKS-nin Mərkəzi Kitabxanasında yaradılmış “44 gün Qarabağa doğru” adlı guşənin qarşısında məlumat günü keçirilib. Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin iştirakçısı Toğrul Tağıyevi evində ziyarət ediblər. Göyçay rayon Heydər Əliyev Mərkəzində “Yarımçıq xatirələr” bədii filmi nümayiş olunub.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Səxavət Abbasovun ailəsini, idarənin Zəngilan rayon nümayəndəliyinin rəhbər işçiləri isə şəhid İsmayıl Mehdiyevin ailəsini ziyarət edib.

 

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Vətən müharibəsi şəhidi Nağı Həşimovun anım günü münasibətilə məzarını ziyarət ediblər. Şəmkir rayon MKS Vətən müharibəsində şəhid olan oğullarımızın xatirəsinə Əhməd Cavad adına tam orta məktəbin 1-ci sinif şagirdləri ilə birgə “Vətənin mübariz oğulları” adlı tədbir keçirib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Mərkəzi Kitabxanasında Vətən müharibəsinin ildönümünə həsr olunmuş film nümayiş etdirilib. Oğuz rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsinin ildönümü münasibətilə esse müsabiqəsi keçirilib. Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta məktəbinin müəllimi Xatirə Nuralıyeva müsabiqənin qalibi adını qazanıb. Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının bir sıra mədəniyyət müəssisələrində Vətən müharibəsinin ildönümü ilə bağlı tədbirlər təşkil olunub.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun ailəsini ziyarət edib. Neftçala rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin 1 saylı şəhər kitabxana filialının əməkdaşları isə Vətən müharibəsi şəhidi Pəncalı Hüseynovun ailəsi ilə görüşüblər.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə, Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının bir sıra mədəniyyət müəssisələrində haqq savaşımızın ildönümü ilə bağlı tədbirlər keçirilib.

 

Mədəniyyət.- 2021.-  6 oktyabr.- S.3.