Bakıda Yeseninin anadan olmasının 126-cı ildönümü qeyd edilib

 

Oktyabrın 3-də AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 126-cı ildönümünə həsr edilən tədbir keçirilib.

 

AMEA-nın Dendrologiya İnstitutunda təşkil edilən mərasimi Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşı Nəzakət İbadova açaraq görkəmli rus şairinin yaradıcılığından söz açıb. Qeyd edilib ki, Yesenin 1920, 1924-1925-ci illərdə Bakıda ümumilikdə 70 gün qalıb, Mərdəkan qəsəbəsində yaşayıb Bakıya olan sevgisi yaradıcılığında əksini tapıb. Şairin burada yazdığıƏlvida, Bakı!”, “Balaxanı mayı digər əsərləri onun poeziyasının qiymətli inciləridir.

 

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü nəticəsində 1975-ci ildə Mərdəkanda Sergey Yeseninin Ev-Muzeyi açılıb. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təşəbbüsü ilə 2008-ci ildə ev-muzeyi Sergey Yeseninin adını daşıyan Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinə çevrilib. Mərkəz tərəfindən məktəb universitetlərdə şairin poetik irsi ilə bağlı layihələr həyata keçirilir.

 

Mərasimdə çıxış edən Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov hər il oktyabrın 3-də Yeseninin doğum gününün Azərbaycanda qeyd edilməsini yüksək dəyərləndirib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Səfir Sergey Yeseninin Rusiya Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusi qeyd edib, şairin yaradıcılığının Bakı dövrü haqqında danışıb.

 

Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyeva, Rusiya Yazıçılar İttifaqının üzvü, şair Eldar Əhədov, politoloq-publisist Reyhan Mirzəzadə digər çıxış edənlər şairin zəngin yaradıcılığından, Bakı həyatı ilə bağlı tarixi faktlardan söz açıblar.

 

Tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edilib, sözlərinə bəstələnən mahnılar ifa olunub. Akademik Rafael Hüseynovun Azərbaycan ədəbiyyatı klassiklərindən bəhs edən kitabları qonaqlara təqdim edilib.

 

Sonda səfir Mixail Boçarnikov Azərbaycan-Rusiya Ədəbi Əlaqələri Mərkəzinin ekspozisiyası ilə tanış olub.

 

Mədəniyyət.- 2021.-  6 oktyabr.- S.7.