Tədbirlər, görüşlər, təqdimatlar

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Uşaq incəsənət məktəbinin ilk tədris günündə “Qayıdan torpaqlar, qayıtmayan oğullar” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbində “Əlillərə dövlət qayğısının təzahürləri” adlı tədbir keçirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Gününə (1 oktyabr) həsr olunmuş “Ahıllara hörmət milli dəyərimizdir” mövzusunda tədbir təşkil edilib. Ağstafa rayon Mədəniyyət Mərkəzində isə “Ahıllarla görüşək” adlı tədbir keçirilib. Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbinin müəllim və şagirdləri Beynəlxalq Musiqi Gününə (1 oktyabr) həsr edilmiş konsert proqramı təşkil edib. Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbinin, Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəbinin pedaqoji kollektivləri də əlamətdar gün münasibətilə tədbirlər keçiriblər.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Amerika səfirliyinin maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova, ingilis dilinin tədrisi üzrə mütəxəssis Diane Whaley və səfirliyin ictimai əlaqələr üzrə şöbəsinin mütəxəssisi Agne Kaufman ilə görüşüb.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev siyasi irsinin təbliğat qrupu üzvlərinin iştirakı ilə E.Rzayev adına Əngəxaran kənd tam orta məktəbində ümummilli liderin 1993-cü il 3 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar “Xilaskar ömrü” adlı tədbir keçirib. Qəbələ rayon Mədəniyyət Mərkəzində mədəniyyət evləri və klub işçiləri ilə görüş təşkil edilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərində ilk dərs günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub. Vətən müharibəsindəki tarixi Qələbə haqqında məlumat verilib, videoçarx təqdim olunub və “Zəfərə aparan yol” adlı mühazirə oxunub.

 

Mədəniyyət.- 2021.-  6 oktyabr.- S.3.