Xalq artisti Vaqif Şərifov vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti Vaqif Şərifov 5 oktyabr 2021-ci il tarixində, 78 yaşında vəfat edib.

 

Vaqif Abdulla oğlu Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət İncəsənət Universiteti) Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə Gəncə teatrında direktor bədii rəhbər vəzifələrində çalışıb. Müxtəlif illərdə Nazim HikmətinDomokl qılıncı”, Hüseyn CavidinMaral”, Cəfər CabbarlınınAlmaz”, “Yaşar”, A.Baranqanınİctimai rəy”, Y.SaloviçinQəribə dilənçi”, Altay MəmmədovunDəli Domrul”, AnarınŞəhərin yay günləri”, Mirzə Fətəli AxundzadəninQanun dəllalı”, ElçininQatil”, Süleyman Sani AxundovunEşq intiqam”, İsmayıl ŞıxlınınDəli Kür”, Orxan KamalınYad qızı”, Nüşabə MəmmədlininUnutmaq istəyirəm”, Fəridə ƏlyarbəylininXan qızı s. əsərlərə quruluş verib.

 

Ümumilikdə Azərbaycan teatrlarında 180-dən artıq pyesə səhnə həyatı verən Vaqif ŞərifovQanun dəllalıtamaşasının quruluşuna görəQızıl dərvişmükafatına layiq görülüb.

 

1992-ci ildəƏməkdar incəsənət xadimi”, 2014-cü ildəXalq artistifəxri adlarına layiq görülən sənətkar 2013-cü ildəTərəqqimedalı ilə təltif edilib. 2020-ci ildən  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

 

***

 

Gəncə Dövlət Dram Teatrında Xalq artisti ilə vida mərasimi təşkil olunub. Mərasimdə şəhər İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri rejissorun sənət yoldaşları iştirak ediblər.

 

Vaqif Şərifov Gəncə şəhərindəki Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 6 oktyabr.- S.6.