Nizaminin 880 illiyinə həsr olunan “İşıq festivalı” keçiriləcək

 

14–17 oktyabr tarixində Bakıdaİşıq festivalı. Nizami Gəncəviadlı audiovizual layihə həyata keçiriləcək. Mədəniyyət Nazirliyi tərəfindənNizami Gəncəvi İliçərçivəsində reallaşdırılan layihə dahi şairin zəngin poetik-fəlsəfi irsinə daha böyük ictimai maraq cəlb etmək məqsədi daşıyır.

 

Festivalın əsas məqsədi müxtəlif ölkələrdəRusiya Milli Kitabxanası, İstanbulda Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılanXəmsəmotivli miniatürlər vasitəsilə dünya ədəbiyyatında məxsusi yerə malik Nizami yaradıcılığını ictimaiyyətin diqqətinə çatdırmaqdır. Şairin bu gün insanların mənəvi-əxlaqi kamilləşməyə səsləyən ölməz əsərlərindən müxtəlif süjetlər işıq seli ilə canlandırılaraq möhtəşəm bir mənzərə yaradacaq.

 

Dörd gün müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında Qız qalasının üzərindəXəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər 3D audiovizual proyeksiya formatında əks olunacaq.

 

Layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.1.