Mədəniyyət Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş

 

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 7-də ölkəmizdə səfərdə olan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Qonaqları salamlayan Anar Kərimov oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılışı baş tutan VII Bakı Beynəlxalq Kitab Sərgisində iştiraklarına görə Türkiyə nümayəndə heyətinə təşəkkürünü bildirib. Nazir Zəfər çalmış Azərbaycan dövlətinin təşkil etdiyi ilk beynəlxalq kitab bayramında qardaş ölkənin nəfis tərtibatlı nəşrlərlə təmsil olunmasından məmnunluğunu ifadə edib.

 

Səmimi qəbula görə nazirə minnətdarlığını bildirən Ahmet Misbah Demircan Azərbaycana növbəti səfərinin əhəmiyyətini qeyd edib.

 

Görüş zamanı iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğubundan sonra incəsənət, kino və nəşriyyat sahəsində birgə fəaliyyətin uğurla davam etdiriləcəyi vurğulanıb. Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.2.