Son üç ildə çap olunan 100 adda nəşr

 

Kitab sərgisində ADU-nun stendi zəngindir

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində davam edən VII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dillər Universiteti (ADU) təmsil olunur.

 

ADU-nun mətbuat xidmətindən bildirilib ki, sərginin açılış günü ali təhsil ocağının nəşrlərinin təqdim edildiyi stendə baş çəkən Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov təhsil naziri Emin Əmrullayev buradakı nəşrlərlə tanış olublar.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla “Həqiqətin onomastikasıkitabı haqqında məlumat verib. Qeyd edilib ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan kitab tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərini yox etmək üçün 1600-ə yaxın toponim, hidronim oronimin kütləvi şəkildə dəyişdirilməsi saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.

 

Kitabın yaxın zamanda ingilis, rus fransız dillərində nəşri nəzərdə tutulur.

 

Qeyd edək ki, sərgidə ADU-nun son üç ildə çap olunan 100 adda nəşri nümayiş olunur.

 

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.5.