“Azərbaycan xalq
oyunları” mövzusunda tədbir
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və AMEA Folklor İnstitutunun iştirakı ilə “Azərbaycan xalq oyunları” mövzusunda onlayn tədbir keçirilib.
Mərkəzin direktoru Səadət Xələfbəyli tədbiri açaraq mövzunun aktuallığına diqqət çəkib. Bildirib ki, xalq oyunlarını qorumaq, tanıtmaq, təbliğ etmək sosial həyatın sürətlə dəyişməsi, qloballaşma prosesində zərurətə çevrilib.
S.Xələfbəyli Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək xalq oyunları ilə bağlı festivalda iştirakla əlaqədar Folklor İnstitutunun dəstəyinə ehtiyac duyduqlarını deyib.
Folklor İnstitutunun
direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bildirib
ki, institutda Folklor studiyası fəaliyyət göstərir.
Studiyanın əməkdaşları ayrı-ayrı bölgələr
üzrə adət-ənənələrimizi əks etdirən
çoxsaylı materiallar
hazırlayıblar. Alim sözügedən festivalda
lazım olacaq materiallarla
bağlı studiyanın xidmətindən istifadə edilməsinin
gərəkliliyini vurğulayıb, ümumi
maraq kəsb edən məsələlərdə
institutun hər zaman dəstək
göstərməyə və birgə
çalışmağa hazır olduğunu
bildirib. Akademik
çıxışı zamanı Qarabağ
bölgəsinə xas oyunların
toplanılması və öyrənilməsinin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə müştərək fəaliyyətin
perspektivlərindən bəhs edib.
Mədəniyyət.- 2021.- 8
oktyabr.- S.4.