Zəfər yazan qəhrəmanlar

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin şəhid giziri Cəmil Həşimlinin xatirəsinə həsr edilmiş “Qısa ömrün şərəfli tarixi” adlı tədbir keçirilib. Regional idarənin rəisi Faiq Xudanlı çıxış edərək Vətən uğrunda şəhid olanların xatirəsinin daima əziz tutulacağını vurğulayıb.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzində 1 saylı şəhər klubunun metodisti, xanəndə Rəşad Aydınoğlunun ifasında “Xudayar təsnifi”nə çəkilən klipin təqdimatı olub.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Hüseyn Arifin Ev-MuzeyiAğstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Nihad Abdullayevin ailəsini ziyarət ediblər. Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən 44 günlük Vətən müharibəsinə həsr olunmuş dərnək üzvlərinin əl işlərindən ibarət “Qələbəyə doğru” adlı rəsm sərgisi keçirilib.

 

Gəncə şəhər Nizami Gəncəvi məqbərəsinin keçmiş əməkdaşı şəhid Hikmət Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri təşkil edilib. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun rəhbərliyi ilə regional idarənin və Nizami məqbərəsinin kollektivi şəhidin məzarını ziyarət edib. Sonra ehsan süfrəsi açılıb. Naftalan şəhər Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Bəxtiyar Aslanovun ailəsi ilə görüşüb.

 

Şəki Regional Mədəniyyət İdarəsi M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər S.Vurğun adına Folklor evinin kollektivi Vətən müharibəsi şəhidi Elşən İbrahimovun ailəsini ziyarət edib. Zaqatala rayon Mədəniyyət Mərkəzində “Zəfər yazan qəhrəmanlar” mövzusunda tədbir keçirilib. Oğuz rayon Y.Şəfiyev adına Xalxal kənd tam orta məktəbində kənd kitabxanasının təşkilatçılığı ilə II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuşTarixi onlara borcluyuq” adlı informasiya saatı keçirilib.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Alpan kənd kitabxanasında “Tarixi Qələbə” başlığı altında Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib. Quba rayon Paşaoba kənd kitabxanası tərəfindən Vətən müharibəsi şəhidi Əsgər Əsgərovun anım günü ilə əlaqədar kənd klubunda tədbir təşkil edilib.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon Rəsul Rzanın Ev-Muzeyində Vətən müharibəsinin 1-ci ildönümü münasibətilə “Şəhidlər unudulmur” başlıqlı tədbir təşkil olunub. Göyçay rayon MKS-nin Bığır kənd kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Qüdrət Əzizovun ailəsi və onun adına açılmış xatirə bulağını ziyarət ediblər. Zərdab rayon Heydər Əliyev Mərkəzində Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin birinci ildönümü ilə bağlı dəyirmi masa təşkil olunub. Zərdab rayon Mərkəzi Kitabxanasında “Zəfər Günü” kitabının müzakirəsi keçirilib. Zərdab rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı və 1 saylı şəhər Diyarşünaslıq evinin əməkdaşları Vətən müharibəsi iştirakçısı Ramazan Qasımzadə, qazilər Hacı Orucovİlkin İbrahimli ilə görüşüblər.

 

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.4.