Görkəmli ədəbiyyatşünas alimin 110 illiyi elmi sessiya ilə qeyd olunub

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Abbas Zamanovun (1911–1993) anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

 

Akademiyanın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli tədbiri açaraq Abbas Zamanovun yubileyinin keçirilməsi ilə bağlı həm AMEA-nın Humanitar Elmlər Bölməsinin, həm də institutun Elmi şurasının qərarı olduğunu bildirib. Abbas Zamanovu böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisi kimi xarakterizə edən akademik vurğulayıb ki, o, mənbəşünas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb və onun Mirzə Ələkbər Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu günistinad mənbəyidir. Onun yazılarında ideologiyanın olmadığı, sovet dövrünü təbliğ etmədiyi və vətəndaşlıq mövqeyinin çox güclü olduğu diqqətə çatdırılıb.

 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov “Azərbaycan diasporu quruculuğunda Abbas Zamanovun rolumövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Abbas Zamanov çətin həyat yolu keçsə də, heç zaman şikayətlənməyib, gördüyü bütün işləri vicdanının hökmü ilə həyata keçirib.

 

R.Hüseynov vurğulayıb ki, Abbas Zamanov 1968-ci ildən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə direktor təyin edilibo illərdən, demək olar ki, diaspor yönündə də işlər görməyə başlayıb.

 

Daha sonra filologiya elmləri doktoru, professor Qəzənfər PaşayevinAbbas Zamanov və beynəlxalq əlaqələr” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, Abbas Zamanov bir çox ədəbi əlaqələrin qurulması ilə sistemli şəkildə məşğul olub.

 

Filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı “Klassik ədəbi irs Abbas Zamanovun araşdırmalarında” və Tahirə Məmməd “Milli kimlik uğrunda ziyalı mübarizəsi” mövzularında məruzə ediblər.

 

Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva “Yaddaşlardan silinməyən alim” adlı məruzəsini təqdim edib, ailəsi adından elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdırıb.

 

 

Mədəniyyət.- 2021.- 8 oktyabr.- S.6.