Nizami Gəncəvi əsərlərinin el variantları

 

Kitab Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunub

 

 

VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunanNizami Gəncəvi əsərlərinin el variantları filologiya üzrə fəlsəfə doktoru Yaqut BahadurqızınınÖlümü ömür seçənlərkitablarının təqdimatı keçirilib.

 

Əvvəlcə redaktoru tərtibçisi şair Fərid Hüseyn olanNizami Gəncəvinin əsərlərinin el variantlarıkitabı haqqında məlumat verilib. Nəşrin layihə rəhbəri ön söz müəllifiKürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı bildirib ki, bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan bu əsərləri, folklor nümunələrini bir araya toplamaqla Nizaminin xalq yaddaşını, eləcə xalqımızın Nizami yaddaşını yenidən təzələməyə çalışdıq”.

 

Daha sonra N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran regional filialının müdiri Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı haqqında söz açılıb. Bildirilib ki, kitab 44 günlük Vətən müharibəsində tarix yazan, torpaq uğrunda qəhrəmanlıqla döyüşərək canını fəda edən 39 nəfər kürdəmirli şəhidin həyat yoluna işıq salır.

 

Mədəniyyət.- 2021.- 13 oktyabr.- S.4.