Xalq teatrının “Yalnız irəli!” kompozisiyası

 

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Yalnız irəli!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Yazıçı-publisist Akif Ağayevin hazırladığı kompozisiyanı Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi təqdim edib.

 

Sosial şəbəkələr vasitəsilə yayımlanan kompozisiya şəhidlərimizin rəşadətindən bəhs edən monoloqlar üzərində qurulub, vətənsevərlik ruhlu şeir parçaları səsləndirilib. Eyni zamanda rayonun Viləş kəndindən iki şəhidin anası Ziba Əsgərlinin obrazı canlandırılıb.

 

Nümayişdən sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərin valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.3.