Füzulinin azad olunmasının ildönümü ilə bağlı sərgi

 

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyində 17 oktyabrFüzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar sərgi açılıb. Tədbirdə rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbahar Eyvazova, regional idarənin rəisi Faiq Xudanlı, şəhid ailələri və mədəniyyət işçiləri iştirak ediblər.

 

Sərgidə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin geyimləri, sənədləri, fəxri fərmanları, fotoşəkil və digər əşyaları, eləcə də rayonun 78 şəhidi haqqında məlumatlar nümayiş etdirilib. Həmçinin şəhidlərimizin həyat yolu və qəhrəmanlıqlarından bəhs edən kitab və məqalələrin yer aldığı mətbu nəşrlər, eləcə də müharibə zamanı rayon ərazisinə atılmış mərmilərin qalıqları, Füzuli, Zəngilan, Xocavənd və Şuşadan tapılaraq Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim olunan əşyalar sərgilənib.

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.3.