Bolqarıstan Milli Kitabxanasında Azərbaycan guşəsi

 

Oktyabrın 14-də paytaxt Sofiya şəhərində yerləşən Müqəddəs Kiril Mefodi adına Bolqarıstan Milli Kitabxanasında Azərbaycana dair daimi guşənin açılış mərasimi keçirilib.

 

Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrova, ölkəmizin Sofiyadakı səfiri Hüseyn Hüseynov digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən Kərim Tahirov Bolqarıstan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycana dair daimi guşədə nümayiş olunmaq məqsədilə Milli Kitabxananın Ehtiyat mübadilə fondundan 100-dən çox kitab Bolqarıstan Milli Kitabxanasına göndərilib. Daimi guşədə Azərbaycanın zəngin tarixi mədəniyyəti, müasir inkişafı, eləcə Qarabağ haqqında kitablar yer alacaq.

 

Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası xarici ölkələrlə beynəlxalq kitab mübadiləsi işinə xüsusi əhəmiyyət verir. Gələcəkdə Bolqarıstan Milli Kitabxanasına təqdim olunan kitabların sayının artırılması nəzərdə tutulur.

 

Azərbaycan səfiri Hüseyn Hüseynov Bolqarıstan Milli Kitabxanasında ölkəmizə dair daimi guşənin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirib, hər iki kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

 

Açılış tədbirində daha sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs KirilMefodi adına Bolqarıstan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi Kərim TahirovKrasimira Aleksandrova imzalayıblar.

 

Sənəddə kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, kitabxanakitab nəşri sahəsində elmi tədqiqatlar, nadir kitabların mühafizəsi, bərpa və konservasiyası texnologiyaları, kitabxana arxivlərinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq kitab mübadiləsinin inkişafı, sərgilərin təşkili və s. sahələrdə əməkdaşlıq məsələləri əksini tapıb.

 

Direktor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” CD albomunu Bolqarıstan Milli Kitabxanasının direktoru Krasimira Aleksandrovaya hədiyyə edib.

 

Mərasimdən sonra Kərim Tahirov Bolqarıstan Milli Kitabxanası ilə yaxından tanış olub. Direktora kitabxananın fəaliyyəti haqqında ətraflı məlumat verilib.

 

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.1;2.