Boğaziçi festivalında iki filmimiz yarışacaq

 

Xəbər verdiyimiz kimi, 23-30 oktyabr tarixində İstanbulda 9-cu Boğaziçi Beynəlxalq Film Festivalı keçiriləcək. Gənc prodüserlərə rejissorlara yeni filmlər çəkmək üçün maddi mənəvi dəstək yaratmaq məqsədi daşıyan festivalda Azərbaycan kinosu da təmsil olunacaq.

 

Beynəlxalq qısametrajlı bədii film” bölməsində Teymur HacıyevinAxşama doğrufilmi mükafat uğrunda yarışacaq. Bu bölmədə Fransa, Çin, ABŞ, Rumıniya digər ölkələrdən 9 film yer alıb.

 

Beynəlxalq qısametrajlı sənədli film” bölməsində isə Fariz ƏhmədovunSonuncufilmi mübarizəyə qoşulub. Sonuncufilmi öz kateqoriyasında müxtəlif ölkələrdən 9 filmə qarşı yarışacaq.

 

Qeyd edək ki, festivalınbeynəlxalq bədii film” kateqoriyasının münsiflər heyətində azərbaycanlı rejissor Hilal Baydarov da var.

 

 

Mədəniyyət.- 2021.- 15 oktyabr.- S.8.