Müxtəlif səpkili tədbirlər

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə Ağdam rayon Üçoğlan kənd tam orta məktəbin müəllim və şagirdlərinin ekskursiyası təşkil edilib.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Talabıqışlaq və İqriq kənd kitabxanaları tərəfindən görkəmli yazıçı-dramaturq, ictimai xadim Mirzə İbrahimovun (1911-1993) anadan olmasının 110 illiyi münasibətilə tədbirlər keçirilib. MKS-nin Paşaoba kənd kitabxanası tərəfindən “Yeni kitablar” adlı mütaliə günü təşkil edilib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Bakı Uşaq və Gənclər Teatrının narkomaniya ilə mübarizəyə həsr olunmuş “Xaşxaşın gözyaşı” tamaşası nümayiş olunub. Tamaşadan öncə idarənin rəisi Fərid Qurbanzadə çıxış edərək narkomaniyanın fəsadları haqqında söz açıb. Sonra tamaşa təqdim olunubmaraqla qarşılanıb. Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən “Zəfər” musiqi festivalının növbəti seçim turu Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunub. İdarənin rəisi F.Qurbanzadə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 Noyabr – Zəfər Gününün çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər, Sabirabad, Saatlı və Hacıqabul rayonlarının uşaq musiqi məktəblərinin iştirakı ilə keçirilən seçim turunda müvəffəqiyyət qazanan 9 şagird finalda iştirak etmək şansı əldə edib.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin (1906-1989) 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 22 oktyabr.- S.4.