Dövlət Rəqs Ansamblı onlayn festivalda birinci yeri tutub

 

 

Azərbaycan Dövlət Rəqs Ansamblı Braziliyada keçirilən “Nueva Plata Beynəlxalq Folklor Festivalı”nın (FİDAF) qalibi seçilib. Onlayn formatda keçirilən sənət yarışında müxtəlif kateqoriyalar üzrə 18 qrup iştirak edib.

 

Festivalda ikinci yeri Çin Xalq Respublikasının “Beijing Dance Academy”, üçüncü yeri MoldovanınBaletul Na țional JOC” qrupları tutub.

 

Ən yaxşı xoreoqrafiyamükafatına MacarıstandanDuna Art ansamblılayiq görülüb. Münsiflər heyətinin qərarına əsasən ən yaxşı mahnını MoldovanınBaletul Na țional JOC” qrupu səsləndirib. Münsiflər heyəti xüsusi mükafatı Meksikanın Quadalaxara UniversitetininFolklor Balet qrupu”na təqdim edib. Festivalın fəxri adına isə Slovakiyadan “Pulse-Poddukel bədii ansamblılayiq görülüb.

 

Bu ilin yeniliyi olanAtalar sözlərini qoruyanlar” mükafatı Fransanın Polinezya adalarından “Tamariki Poerani” və MadaqaskardanBenja Gazy” qruplarına verilib.

 

Mədəniyyət.- 2021.- 22 oktyabr.- S.8.