Qəhrəmanlar can verir

yurdu yaşatmaq üçün

 

Azərbaycan İstiqlal Muzeyi 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuşQəhrəmanlar can verir yurdu yaşatmaq üçünadlı layihə üzrə silsilə tədbirlərə başlayıb.

 

Oktyabrın 19-da layihənin ilk sərgisində Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant  Orxan Əkbərov, Vətən müharibəsi şəhidlərikapitanlar Arzu İsgəndərov Samid Əsgərovun şəxsi əşyaları nümayiş etdirilib.

 

Tədbirdə İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, ehtiyatda olan polkovnik Şair Ramaldanov, şəhid kapitan Arzu İsgəndərovun qardaşıVətən müharibəsi iştirakçısı Amil İsgəndərov, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun əmisi Yusif Əkbərov, şəhid kapitan Samid Əsgərovun anası Sevinc Əsgərova şəhidin döyüş yoldaşı, gizir Amil  Əbilov çıxış ediblər. Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qızı atası ilə bağlı xatirələrini bölüşüb.

 

Sərgidə şəhidlərə məxsus hərbi geyimlər, onların döyüş yolunu əks etdirən fotolar digər şəxsi əşyalar sərgilənir. Tədbirdə şəhid ailələri, Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları, Nizami rayonu 10 saylı tam orta məktəbin müəllim şagirdləri iştirak ediblər.

 

Layihənin ilk sərgisi 23 oktyabr tarixinədək açıq olacaq.

 

Mədəniyyət.- 2021.- 22 oktyabr.- S.6.