“Big İdea Challenge”in qalibləri ilə görüş

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının “Creative Spark” təşəbbüsü çərçivəsində ənənəvi olaraq təşkil edilən “Big İdea Challenge” müsabiqəsinin ölkə qalibləri ilə görüş keçirilib. Oktyabrın 20-də keçirilən görüşdə nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə, Yaradıcı sənayelər rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsini icra edən Ramil Abbəkirov   Britaniya Şurasının nümayəndəsi Nigar Baimova iştirak ediblər.

 

Vasif Eyvazzadə qiymətləndirmə mərhələsindən müvəffəqiyyətlə keçərək qalib olanları təbrik edib. O, nazirliyin hər zaman innovativ bacarıqlara malik yaradıcı şəxsləri dəstəklədiyini vurğulayıb bu dəstəyin bundan sonra da davam edəcəyini deyib.

 

Britaniya Şurasının nümayəndəsi Nigar Baimova Mədəniyyət Nazirliyinin “Big İdea Challenge” müsabiqəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

Sonda qaliblərə xüsusi hədiyyələr təqdim olunub. Qeyd edək ki, qaliblər sırasında 44 günlük Vətən müharibəsi şəhidi, polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva da var.

 

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.4.