Bölgələrdən qısa xəbərlər

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəblilərin ifasında Nizami Gəncəvi əsərlərinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilib, sərgiyə baxış olub.

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən “Zəfər” musiqi festivalının II turu Habil Əliyev adına Ağdaş şəhər Uşaq musiqi məktəbində gerçəkləşib. Tədbirdə Ağdaş, Şəmkir, İsmayıllı və Sabirabad regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində “Ağdamİdman Klubunun prezidenti, Şərq əlbəyaxa döyüş növləri üzrə ikiqat dünya çempionu Tural Cavadovla görüş keçirilib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt Dövlət Rəsm Qalereyası şəhər 24 saylı tam orta məktəbdə Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə (1921-2005) həsr olunanXalçalarda yaşanan ömür” adlı mühazirə təşkil edib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Sabirabad rayon Qaraqaşlı kənd Mədəniyyət evi, Qaraqaşlı, Quruzma, Ulacalı və Şıxlar kənd kitabxana filiallarına baxış keçirib. Müəssisələrin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qarabağın tarixi: maddi-mənəvi sərvətləri” adlı tədbir keçirilib. Muzeyin direktoru Pakizə Mehdiyevakompleksin əməkdaşlarının çıxışları dinlənilib. “Qarabağ milli musiqimizin beşiyidir” adlı videoçarx nümayiş olunub.

 

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.4.