Vətən fədailəri milli iftixarımızdır

 

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və mədəniyyət işçiləri Vətən müharibəsi şəhidi Məlik Zülfüqarovun ildönümünə həsr olunmuş anım mərasimində iştirak ediblər. Xocavənd rayon Mədəniyyət evində Vətən müharibəsi qaziləri İzzət İbrahimov və Səddam Nəzərovlə görüş keçirilib.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın qəhrəmanları milli iftixarımızdır” mövzusunda tədbir keçirilib. Həmçinin mərkəzin təşkilatçılığı ilə Vətən müharibəsinə həsr olunan “Zəfər yolumövzusunda inşa yazı müsabiqəsi keçirilib. Masallı Dövlət Rəsm Qalereyası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qələbə ruhlu şəhidlərimiz” başlığı altında təşkil edilən sərgi açılıb. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış ediblər. Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin birinci ildönümü münasibətilə təşkil olunmuşTarix yazan igidlərimiz” layihəsi çərçivəsində növbəti dəyirmi masada gənclər, mədəniyyət işçiləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan Dövlət Rəsm Qalereyası Vətən müharibəsində Şirvan şəhərindən şəhid olan qəhrəmanlara həsr olunmuş “Qəlblərdən rəsmlərə” layihəsinə başlayıb. Layihə çərçivəsində qalereyanın rəssamları tərəfindən Şirvan şəhərindən olan 13 şəhidin portreti çəkilərək ailələrinə təqdim olunub.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov və idarənin əməkdaşları Vətən müharibəsinin şəhid kapitanı Samir Mehdiyevin anım tədbirində iştirak edib.

 

Vətən müharibəsinin şəhidi, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin qarmon müəllimi olmuş Alim İbrahimovun vəfatının ildönümü münasibətilə rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl tərəfindən şəhidin portreti hazırlanır. Ağdaş rayon Mərkəzi Kitabxanasında “Zəfərə aparan yolmillidini həmrəylik” mövzusunda görüş keçirilib. Göyçay rayon MKS-də “Vətən sevdalıları” adlı tədbir təşkil olunub. Göyçay rayon Rəsul Rzanın Ev-Muzeyində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət “Qarabağ azaddır” adlı rəsm sərgisi təşkil olunub.

 

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Qaratala kənd kitabxanasında rayonun Vətən müharibəsi şəhidlərinə həsr olunmuş informasiya saatı keçirilib. Nizami Gəncəvi adına Zaqatala rayon Mərkəzi Kitabxanasında “Azad olunmuş ərazilərimiz – Qubadlı” adlı vəsaitin təqdimatı keçirilib. Zaqatala rayon Kəpənəkçi kənd kitabxanasında “Azad olunmuş torpaqlarımız” başlığı altında dəyirmi masa təşkil olunub. Oğuz rayon MKS-nin Sincan kənd kitabxanası Vətən müharibəsi şəhidi Rəvan Lətifovun xatirəsinə həsr olunmuş “Qələmini silaha dəyişən müəllim” adlı ədəbi-bədii kompozisiya təqdim edib.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsinin birinci ildönümü ilə bağlı şəhər M.F.Axundzadə adına 3 saylı məktəb-liseyin I-VIII siniflərində məruzə ilə çıxış ediblər. Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində Vətən müharibəsi şəhidi Elvin İsizadənin anım tədbiri keçirilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 6 saylı Gənclər kitabxana filialı “Şanlı Zəfər tarixi” başlığı altında tədbir keçirib. Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbində “Zəfər bayramı” adlı tədbir təşkil olunub.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyirayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Elnur Həsənovun ailəsini ziyarət ediblər. Qazax rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 7-19 oktyabr tarixində orta məktəb şagirdləri arasında keçirilən “Zəfər yolu” adlı inşa müsabiqəsinə yekun vurulub. Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları Vətən müharibəsi şəhidi İlqar Hüseynovun ailəsi ilə görüşüblər. Qazax Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri İkinci Qarabağ müharibəsinin şəhid leytenantı Mayis Yaqubovun xatirəsinə həsr olunmuş anım mərasimində iştirak ediblər. Tovuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları isə Vətən müharibəsinin şəhid leytenantı Aqil Məcidovun ailəsinə baş çəkiblər.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.4.