CəngiMisirdə beynəlxalq folklor festivalında

 

 

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalında iştirak edən AzərbaycanınCəngiestrada folklor ansamblı Süveyş şəhərində tamaşaçılar qarşısında çıxış edib.

 

Fərhad Əliyevin bədii rəhbəri olduğu ansambl milli rəqslərimizi ifa edib. On nəfərdən ibarət kollektivin çıxışı böyük maraqla qarşılanıb alqışlarla müşayiət olunub.Cəngiestrada folklor ansamblının festival çərçivəsində konsertləri oktyabrın 29-dək davam edəcək.

 

Qeyd edək ki, 8 ölkənin folklor nümunələrininmahnı rəqslərinin təqdim edildiyi festival Misir Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festival çərçivəsində Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının konsertləri təqdim edilir.

 

 

Mədəniyyət.- 2021.- 27 oktyabr.- S.3.