Qarabağ inciləri” – regional idarənin yeni layihəsi

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı iləQarabağ incilərilayihəsinə başlanılıb. Layihə işğaldan azad olunmuş bölgələrin tarixi, coğrafiyası, flora faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı tanınmış şəxsiyyətlərini təbliğ etmək məqsədi daşıyır.

 

Layihə üzrəQarabağın tarixi şəxsiyyətləriadlı ilk mövzu dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunub.

 

Regional idarənin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova bölgənin tanınmış şəxsiyyətləri haqqında söz açıblar. Sonda Ü.Hacıbəyliyə həsr edilmiş videoçarx göstərilib, bəstəkarın mahnıları ifa olunub.

 

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.4.