Qəhrəmanlar unudulmur

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Faiq Vəlizadənin anım günü ilə əlaqədar ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər. Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsində şəhid olmuş ucarlıların şəxsi əşyalarından ibarət “Danışan əşyalar” adlı sərgi təşkil edilib.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Alpan kənd kitabxanasında Vətən müharibəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib. MKS-nin İqriq kənd kitabxanasında II Qarabağ müharibəsi şəhidi Əli İbrahimovun anım günü ilə əlaqədar tədbir keçirilib. MKS-nin Gültəpə, Möhüc və Tülər kənd kitabxanalarının əməkdaşları və oxucuları Vətən müharibəsi şəhidi Ceyhun İsayevin doğum günü ilə əlaqədar məzarını ziyarət ediblər.

 

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Tayıflı kənd klubunda Vətən müharibəsində iştirak edən “Tarix yazan müəllimlər” adlı tədbir keçirilib. Balakən rayon Heydər Əliyev Mərkəzində Qubadlı rayonunun düşmən işğalından azad olunmasının (25 oktyabr) ildönümü ilə əlaqədar tədbir keçirilib. Balakən rayon Kortala kənd Diyarşünaslıq evi Vətən müharibəsinin şəhidi Əsgər Hüseynovun ailəsi ilə görüşüblər. Qaravəli kənd Diyarşünaslıq evinin əməkdaşları II Qarabağ müharibəsi şəhidi Fuad Şabanovun anım günü ilə əlaqədar ailəsinə baş çəkib, məzarını ziyarət ediblər. Balakən rayon Hənifə kənd Diyarşünaslıq evində “Zəfər salnaməsi” başlığı altında dəyirmi masa təşkil olunub.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qubadlı rayonunun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə regional idarənin rəisi Elbəy Əli və digər qonaqların çıxışları olub. H.Arif adına Ağstafa şəhər Uşaq musiqi məktəbində “Zəfərə doğru addım” başlıqlı dəyirmi masa keçirilib. Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində “Zəngin tarixi ilə seçilən Qubadlı azad edildi” adlı tədbir təşkil olunub. Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları 44 günlük Vətən müharibəsinin şəhid giziri Tahir İsmayılovun ailəsini ziyarət ediblər. Tovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbində “Qubadlı bizimdir!” adlı dəyirmi masa təşkil edilib. Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsinin şəhid baş leytenantı Əfşan Hüseynovun anım tədbirində iştirak ediblər. Tovuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Münasib Yusifovun ailəsinə baş çəkiblər.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 3 saylı kitabxana filialının kollektivi Vətən müharibəsi şəhidi Nadir Abbasquliyevin ailəsi ilə “Şəhidlər şərəf zirvəsidir” adlı görüş keçirib. Kəlbəcər rayon Aşıq Şəmşir adına Mədəniyyət evinin kollektivi Vətən müharibəsində mənfur düşmən tərəfindən Gəncə şəhərinə raket zərbələri nəticəsində həlak olanların xatirəsini yad etmək üçün faciənin baş verdiyi ərazini ziyarət ediblər.

 

Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı “Silaha sarılan yurd oğulları” adlı ədəbi-bədii kompozisiyasını nümayiş etdirib. Yazıçı-publisist Nurəddin Ədiloğlunun Vətən müharibəsi şəhidlərinin həyatı və döyüş yolundan bəhs edən yazıları əsasında hazırlanmış kompozisiya maraqla qarşılanıb. Daha sonra regional idarənin rəisi Bəxtiyar Qılıncov şəhid ailələri ilə görüşüb. Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Zəfər tariximiz” layihəsi çərçivəsində “Azərbaycanın şanlı tariximövzusunda növbəti tədbir keçirilib.

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Səməd Vurğun adına Mərkəzi Kitabxanasında Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Elzamin Təhməzovun doğum günü münasibətilə ailə üzvləri ilə “Adına və andına sadiq qəhrəman” adlı görüş təşkil edilib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində “30 illik həsrət bitdimövzusunda dəyirmi masa gerçəkləşib. Şamaxı Dövlət Rəsm Qalereyasında “Qarabağ Azərbaycandır!” adlı sərgi keçirilib.

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Səid Cəfərovun ailəsini ziyarət ediblər.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt Dövlət Rəsm Qalereyasında “Zəfər Gününün rəngləri” adlı rəsm sərgisi keçirilib. Sərgidə şəhər İncəsənət məktəbi şagirdlərinin Zəfər Gününə həsr edilən rəsmləri nümayiş olunub.  İdarənin Xızı rayon nümayəndəliyinin əməkdaşları II Qarabağ müharibəsi şəhidi Alik İsayevin anım mərasimində iştirak ediblər.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Tural Eyyubovun anım mərasiminə qatılıblar.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanası rayonun 68 saylı köçkün tam orta məktəbində Qubadlının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar tədbir keçirib. Laçın Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarova həsr olunmuş “Gözləyin dağlar, gəlirəm” adlı anım tədbiri keçirilib.

 

  Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.4.