Mədəniyyət müəssisələrindən qısa xəbərlər

 

 

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov Salyan Dövlət Rəsm Qalereyasının əməkdaşları ilə görüşüb.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasına yeni daxil olan əməkdaşlarla görüş keçirilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qaraağaclı qəsəbə kitabxana filialında “Nizami Gəncəvi – 880” adlı kitab sərgisi təşkil olunub.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon MKS-nin təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri Sərvaz HüseynoğlununBir ocaq başında. Aran ədəbi toplusu” kitabının təqdimatı keçirilib. Regional idarənin rəisi Fərid Qurbanzadə gənclərin bədii-estetik zövqünün formalaşmasında Aran ədəbi mühitinin rolunu vurğulayıb və müəllifi təbrik edib.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzində “Dostluq” Mədəniyyət evinin direktoru, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin 65 illik yubileyi qeyd olunub. İdarənin rəisi Rəşad Əliyev yubilyarı təbrik edərək ona regional idarənin fəxri fərmanını və xatirə hədiyyəsi təqdim edib.

 

Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri “Herbst SymphonieBerlin 2021” onlayn ifaçılıq müsabiqəsində yüksək nəticə əldə ediblər. Fortepiano üzrə Aytac Vəlizadə və Valeriya Olxova 1-ci, Səid Vəlizadə, Aysu Məmmədzadə, Ayla Pənahova və İnci Vəlizadə 2-ci dərəcəli laureat adlarını qazanıblar.

 

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Qum kənd Sənətkarlıq evi və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Cənnətim – Qarabağ” adlı bədii qiraət müsabiqəsi keçirilib. Rayonun Güllük kənd Mədəniyyət evində “Yaradıcı əllər” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə kənd məktəblilərinin əl işlərindən ibarət, əsasən Vətən müharibəsini və təbiət mənzərələrini əks etdirən rəsmlər yer alıb.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi Kitabxanasında “Vətənpərvərlik mövzusu bədii ədəbiyyatda” adlı “kitab həftəsi” təşkil edilib.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli aktrisa, Xalq artisti Nəcibə Məlikovanın (1921-1992) 100 illiyi ilə əlaqədar tədbir keçirilib. Tokioda təşkil edilmiş XVI Yay Paraolimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazanan, əslən Masallıdan olan Vəli İsrafilov ilə görüş keçirilib. İdmançının şərəfinə təşkil edilən konsertdə rayon Mədəniyyət Mərkəzinin incəsənət ustaları tərəfindən bir-birindən zövqlü musiqilər ifa olunub.

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.4.