Saz-söz ustadının 200 illiyi münasibətilə

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Aşıq Ələsgərin sazsöz dünyası” mövzusunda tədbir keçirilib. Astara rayon Mərkəzi Kitabxanasında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirdə sənətkarın şeirlərindən nümunələr söylənilib, sözlərinə bəstələnmiş mahnılar ifa edilib. Sonda sərgiyə baxış olub.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbində ustad aşığın 200 illiyinə həsr edilən tədbirdə təhsil ocağının müəllimlərinin ifasında saz havaları səsləndirilib. Samux şəhər Uşaq musiqi məktəbində təşkil edilən tədbirdə isə məktəbin müəllimləri Aşıq Ələsgərin sözlərinə yazılmış mahnıları ifa ediblər. Goranboy Dövlət Rəsm Qalereyasında “Qüdrətli söz ustadı Aşıq Ələsgər” adlı dəyirmi masa və sərgi təşkil edilib.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və MKS-nin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin yubileyi ilə bağlı dəyirmi masa keçirilib.

 

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Baş Zəyzid kənd Sənətkarlıq evində “Haqq aşığı” adlı ədəbi-bədii axşam keçirilib. Balakən rayon Katex kənd folklor evinin təşkilatçılığı ilə “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” başlığı altında dəyirmi masa gerçəkləşib.

 

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon MKS-nin Oxuculara xidmət şöbəsində “Saz-söz ustadı” başlığı altında ədəbi-bədii gecə keçirilib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin yubileyinə həsr olunmuş tədbir keçirilib. Çıxışlardan sonra saz-söz ustadı ilə bağlı sənədli film nümayiş etdirilib. Qəbələ rayon MKS-nin Zalam kənd kitabxanasında keçirilən tədbirdə oxucular Aşıq Ələsgərin şeirlərini səsləndiriblər.

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.4.