“Mənim atam qəhrəmandır”

 

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Mənim atam qəhrəmandır” layihəsi həyata keçirilir.

 

Rayon Heydər Əliyev Mərkəzinə dəvət edilən şəhid övladları və ailə üzvləri mərkəzlə tanışlıqdan sonra Uşaq incəsənət və şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında konsert proqramını dinləyib, kinozalda cizgi filmlərini seyr ediblər.

 

Şəhid övladları qəhrəman ataları haqqında ürək sözlərini bölüşərək müxtəlif mahnılar və şeirlər səsləndirib, daşlar üzərində rəsmlər çəkiblər.

 

Tədbirin sonunda şəhid övladlarına Qusar rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzi Qusar rayon nümayəndəliyi tərəfindən hədiyyələr təqdim olunub.

 

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.4.