Xorvatiyanın xariciAvropa işləri üzrə naziri ilə görüş

 

Mədəniyyət naziri Anar Kərimov Xorvatiyaya səfər çərçivəsində bu ölkənin xariciAvropa işləri üzrə naziri Qordan Qrliç Radmanla görüşüb. Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov da iştirak ediblər.

 

Dəvət üçün nazir Qordan Qrliç Radmana təşəkkürünü bildirən Anar Kərimov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Tərəflər energetikainformasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsinə dair layihələrdən bəhs edib, turizm, mədəniyyət, gənclər və idman, eləcə də digər sahələr üzrə tərəfdaşlığın istiqamətlərindən söz açıblar.

 

Həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinə və Hökumətlərarası Komissiyanın ikinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb. Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Xorvatiyanın dəstəyindən söz açan Anar Kərimov bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını bildirib.

 

Anar Kərimov həmkarını Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağa dəvət edib.

 

Görüş hər iki tərəfi maraqlandıran digər mövzuların da müzakirəsi ilə davam edib.

 

Mədəniyyət.- 2021.- 29 oktyabr.- S.2.