Müasir kitab yayımı təcrübəsi

 

Moskvada MDB ölkələrinin iştirakı ilə dəyirmi masa

 

 

 

Sentyabrın 10-da Moskva Kitab EvindəMüasir kitab yayımı. Rusiyanın MDB ölkələrinin kitab ticarəti müəssisələrinin təcrübəsimövzusunda dəyirmi masa keçiriləcək.

Dəyirmi masa iştirakçıları hazırkı dövrdə kitab ticarətinin vəziyyəti ilə bağlı aktual məsələləri müzakirə edəcəklər. Tədbirdə ölkəmizi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təmsil edəcək.

Müzakirələr başa çatandan sonra 2020-ci ilin yekunlarına əsasən keçirilmiş müsabiqədə qalib gəlmiş kitab ticarəti müəssisələri kitab mağazaları MDB İcraiyyə Komitəsinin fəxri fərmanları ilə təltif ediləcək.

 

Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.2.