Söz sənətinin sönməz günəşi

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və rayon MKS-nin birgə təşkilatçılığı ilə “Bəşəri ideyalar carçısı” mövzusunda dəyirmi masa keçirilib. Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Nizami Gəncəvi və Şərqdə intibah” adlı tədbir təşkil olunub. Tədbirdə M.P.VaqifM.V.Vidadinin Xatirə Muzeyininrayon mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

 

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Gəncə Dövlət Mədəniyyət Qoruğu Nizami Gəncəvi Kompleksinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi - Azərbaycanın sönməz günəşi” mövzusunda onlayn konfrans keçirilib. Konfransda Türkiyə Selçuk Universitetinin (Konya) müəllimi Ali Temizel, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Əzizağa Nəcəfov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, regionlarda fəaliyyət göstərən bir sıra Heydər Əliyev mərkəzlərinin direktorları və Samux rayon MKS-nin filial kitabxanalarının müdirləri iştirak ediblər. Vasif Cənnətov çıxışında Azərbaycanın dahi şair və mütəfəkkirinin ədəbiyyat tariximizdə yerindən, dünya ədəbiyyatına təsirindən söz açıb. O, Nizami irsinin təbliğində söz ustadının doğulub boya-başa çatdığı Gəncə şəhərinin üzərinə daha böyük məsuliyyətin düşdüyünü vurğulayıb.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin 1-ci Nügədi kənd kitabxanası müxtəlif yaş qrupundan oxucuların iştirakı ilə “2021-ci ilNizami Gəncəvi İlidirmövzusunda tədbir keçirib.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı Dövlət Rəsm Qalereyasında Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Qəlblərdə yaşayan şair” adlı sərgi təşkil edilib.

 

 Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.3.